Türk lirəsi bahalaşmaqda davam edir
    • 16-08-2018, 13:06
    • 978

Türk lirəsi bahalaşmaqda davam edir

Türkiyədə ABŞ dollarının məzənnəsi azalmaqda davam edir. 

News24.az xəbər verir ki, hazırda TRY/USD nisbəti 5,82-dır. 

Qonşu ölkədə avro da ucuzlaşmaqdadır və hazırda TRY/EUR nisbəti 6,65 təşkil edir. 

Mütəxəssislər ötən gün Türkiyədə səfərdə olmuş Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Taninin Türkiyə iqtisadiyyatına 15 mlrd. dollardan çox investisiya qoymaq niyyətindən sonra lirəyə marağın artdığını bildirilər.