Məşhurların Məhərrəmlik gileyi-
    • 10-09-2019, 15:38
    • 1 917

Məşhurların Məhərrəmlik gileyi- "PULUM QURTARIR, BORCA QAÇIRAM..."

Artıq bir neçə gündür Məhhərəmlik ayı başlayıb. Yazılmamış qanunlara görə bu təqvimdə toy, əyləncələr, şənliklər keçirmək olmaz.
Bəs, görəsən, çörəyi toylardan çıxan sənət adamları bu ayda nə işlə məşğul olurlar? Qazanc yerləri haradan gəlir?

Müğənni Sevda Yahyayeva News24.az-a bildirib ki, "Məhərrəmlik aylarında daha çox studiyalara üz tuturam. Bəstəkarlara müraciət edirəm"
Xanəndə Eldəniz Məmmədov Məhərrəmlik ayında istirahət edir: "Bu ərəfələrdə daha çox idmanla məşğul oluram, dincəlirəm".

Müğənni Şəbnəm Tovuzlu isə News24.az-a açıqlamasında bildirib ki, Məhərrəmlik aylarındakı işsiz zamanını ailəsinə ayıırır: "Bu müddətdə vaxtımı daha çox ailəmə sərf edirəm. Oğlumu, qızımı məscidə aparıb, dualar edirik. Qazancım iki ay da olmasın nə olacaq ki? Həyat yoldaşım var. Ümumiyyətlə, qadın dediyin şəxsiyyətli, mərd, etibarlı kişiyə yaslanmalıdır həm bu günü, həm də sabahı üçün".

Əməkdar artist Ədalət Şükürov 
Məhərrəmlik ayında da çalışır"Yeni-yeni mahnılar yazdırıb, sənətimizlə məşğul oluruq. Rusiyada başqa millətlərin toyları var, orada iştirak edəcəm. Bununla yanaşı dincəlməyə də vaxt ayırmağı düşünürəm. Antaliyaya getmək planım var".

Meyxanaçı Samirə Yusifqızının bu suala cavabı fərqli oldu:  "Toy yoxdursa, qazancımız da yoxdur. Yığdığım pulu xərcləyirəm, amma ona da, az qalıb. Tükənəndən sonra borca qaçacam".

Məhərrəmlik ayı bəstəkar-müğənni Murad Arifin işlərinə təsir etmir: "Məhərrəmlikdə toy yoxdur, lakin ad günləri, şirkət tədbirləri, bank sifarişləri, məkan açılışları daim olur. Bizim ölkə islam ölkəsi olmadığı üçün, belə aylarda həyat dayanmır. Özümə gəlincə, mən hər zaman işimlə məşğul oluram, yeni mahnılar, oranjemanlar, layihələrim yerindədir. Verilişimin təzə buraxılışlarını çəkirəm. Boş vaxtım yoxdur".

Son zamanlar müğənnilik sevdasına düşən prodüser Mədinə Malikin özünəməxsus biznesi var:"Məhərrəmlikdə toy olmasa da, şou-proqramlar, açılışlar olur, onlara qatılıram. Bununla yanaşı balaca biznesim də var. Oradan qazancım gəlir".

Müğənni Xuraman Şuşalıya Məhərrəmlik ayında da sifariş gəlir"Bu günə qədər birinci dəfə idi bu cür zənglə qarşılaşıram. Məndən xına və toy idarə etməmi istədilər. Təbii ki, razılaşmadım. Bu aylarda uşaqlarımla istirahət edirəm. Qazancım hazırda yoxdur. İki ay məclis, şənlik olmasa heç kim ac qalmaz".

Müğənni Orxan Babazadənin biznesi olduğundan Məhərrəmlikdə problem yaşamır.

Sevda Bayramova