Bu yollarda rənglənmə işləri APARILACAQ
    • 10-09-2019, 14:30
    • 661

Bu yollarda rənglənmə işləri APARILACAQ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə sentyabrın 10-11-də Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208-ci kilometrində (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdiriləcək.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Sürücülərdən sözügedən ərazilərdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.