Polşanın əsas hava limanı səhərə qədər bağlı olacaq
Dünya
Polşanın əsas - Şopen Frederik adına Varşava hava limanı bütün reysləri sentyabrın 28-i səhərə qədər bağlayıb.
News24.az xəbər verir ki, bu barədə aeroportun hava hərəkətinə nəzarət xidmətindən TASS-a bildiriblər.
"Aerodrom saat 05:00-a (Bakı vaxtı ilə 09:00) qədər uçuşlar və enişlər üçün bağlıdır", - agentliyin mənbəsi bildirib.
O, bağlanma səbəbini açıqlamayıb, lakin qeyd edib ki, bütün aviaşirkətlər uçuş və eniş əməliyyatlarının dayandırılması barədə əvvəlcədən məlumatlandırılıblar.