İldırımın izləri - Çox maraqlı FOTOLAR
    • 16-08-2018, 14:40
    • 2 367

İldırımın izləri - Çox maraqlı FOTOLAR

İldırım çaxan ərazidə havanın temperaturu Farengeyt üzrə 50000 dərəcəyə qədər çata bilər. Bu selsi üzrə 27760 dərəcə edir.

Bu öz növbəsində Günəşin temperaturundan 5 dəfə artıq istilik deməkdir. Üstəlik ildırım 1 milyard Volt elektrik gərginliyi gücünə malikdir.Bu dərəcədə böyük enerji orqanizmə daxil olarsa, bu qısa qapanmaya səbəb olar, ürək, ağciyər və əsəb sisteminin işinə çox pis təsir göstərir.


Həmçinin,ürəyin dayanmasına, amneziyaya,  baş beyinin və onurğa beyninin işinin dayanmasına, gözlərin kor olmasına gətirib çıxarar.


İldırım zədəsi nəticəsində qırmızı qan hüceyrələri kapillyarlardan çıxıb epidermisə yerləşə bilər. Bunun nəticəsində dəridə Lictenberq fiqurları yaranır.İldırım vurması zamanı insanın üzərində olan metallar  anidən şiddətlə qızıb, ağır yanıqlar yaradır. News24.az ildırım vurması nəticəsində orqanizmdə yaranan izlərin fotolarını təqdim edir.