Medvedvedən gözlənilməz açıqlama: "Kütləvi qırğın silahlarını işə salacağıq"

Medvedvedən gözlənilməz açıqlama: "Kütləvi qırğın silahlarını işə salacağıq" Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə Avropa arasındakı mümkün münaqişənin istisna  olmadığını bildirib. 

News24.az xəbər verir ki, o, həm müsbət, həm də mənfi tərəfləri önə çəkib və vəziyyətə real risk kimi yanaşılmasının vacib olduğunu vurğulayıb.

Medvedev qeyd edib ki, "axmaqların hiperaktivlik faktoru” aradan qalxmayıb və əgər belə bir silahlı qarşıdurma baş verərsə, o, kütləvi qırğın silahlarının istifadəsinə qədər itəliləyə bilər. 

Təhlükəsizlik Şurasının sədr müavini məsələnin ciddiliyinə diqqət çəkərək, münaqişə nəticələrinin ağır ola biləcəyini bildirib.

Aqil