Bakıda 42 yaşlı kişini "tok" vurdu
Hadisə
Bakıda 42 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
News24.az -ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 30-u saat 15 radələrində Xətai rayonunda baş verib.
1983-cü il təvəllüdlü Nurlan Rəfail oğlu Məmmədovu yaşadığı Məhəmməd Hadi küçəsi ev 103 mənzil 86-da elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib.
Araşdırmalar aparılır.
Yaşar Araz