102 dəqiqə,  4 təyyarə, 2977 qurban - 11 SENTYABRDA NƏ BAŞ VERİB? - FOTO - VİDEO
    • 11-09-2019, 10:39
    • 2 336

102 dəqiqə, 4 təyyarə, 2977 qurban - 11 SENTYABRDA NƏ BAŞ VERİB? - FOTO - VİDEO

2001-ci ilin bu günü ABŞ və dünya tarixinə ən çox insan təlafatı olan gün kimi qeyd olunub.

18 il öncə məhz bu gün Əl-Qaidə terror qruplaşmasının Nyu-Yorkda törətdiyi hadisə nəticəsində 2977 insan ölüb, 24 nəfər isə hələ də itkin düşmüş sayılır.  

Bəs 11 sentyabr tarixində nələr baş vermişdi? News24.azhəmin gün baş verənlər barədə kiçik xatırlatmanı təqdim edir:

Həmin gün 19 terrorçu tərəfindən qaçırılan 4 təyyarədən 2-si Nyu-Yorkda yerləşən "Dünya Ticarət Mərkəzi"nə (Əkiz qüllələr) çırpılıb. İlk hadisə 08:46-da baş verib. Terrorçular ələ keçirdikləri təyyarəni binanın şimal hissəsində 94-98-ci mərtəbələri çırpıblar.

09:02-də isə növbəti terror aktı törədilib. Həmin vaxt isə hədəf cənub qülləsinin 78-85-ci mərtələri olub. Uzaq məsafəli uçuş (4200 km) həyata keçirməli olan təyyarələrdə 30-35 min litr aviasiya kerosini olub.  

Lakin, hadisələr bununla da bitməyib. Saat 09:37-də "American Airlanes"ə aid olan və qaçırılan təyyarə Pentaqon binasını hədəf alıb. İntiharçı-terroristlər bu dəfə təyyarəni ABŞ-ın Müdafiə Nazirliyinin binasına çırpıblar. Nəticədə dövlət ABŞ və 91 ölkənin vətəndaşları daxil olmaqla 125 nəfər ölüb.

Dördüncü təyyarə Pensilvaniyanın cənub-qərbində Vaşinqtona 240 mk şimalda saat 10:03-də yerə çırpılıb. Hücumun hədəfinin Ağ ev olduğu ehtimal edilib. Terrorçuların istəyinin reallaşmasına isə ekipaj üzvləri və sərnişinlərin mane olduğu deyilir.

Hücum günü “Dünya Ticarət Mərkəzi”-nin üç binası dağıdılıb. Cənub Qülləsi 56 dəqiqə davam edən yanğından sonra təxminən 9:56 radələrində, şimal qülləsi 102 dəqiqə davam edən yanğından sonra saat 10:28-də çöküb. Üçüncü bina qülləsi qaz partlamaları və yanğın nəticəsində 17:20-də digər iki qüllənin aqibətini yaşayıb.