-
- 11-09-2019, 13:40
- 1 477
ATV qalmaqal istədi, AZTV isə...
Azad Azərbaycan Televiziyasında (ATV) Əməkdar artist Məlahət Abbasovanın təqdimatında yayımlanan "Məlahətli söhbətlər" layihəsi artıq sözügedən telekanalda yayımlanmayacaq.
Veriliş yeni mövsümdən etibarən məhz Azərbaycan Dövlət Televiziyasında (AzTV)-də efirə gedəcək.
Layihə rəhbəri Məlahət Abbasova ATV-dən ayrılma səbəbini News.24.az-a açıqlayıb: "ATV-də rəhbərlik dəyişəndən sonra layihə formatının dəyişikliyi, yəni daha çox qalmaqalın olması istənildi. Dedilər ki, əks-halda layihə bağlanacaq. Qalmaqal sözünü eşidən kimi, oradan ayrılmaq qərarını aldım. Çünki bu formatda iki ölkə arasında olan dostluqdan, qardaşlıqdan, sevgidən danışılır. Qalmaqal, söz-söhbətlər bura üçün uyğun deyil. Daha sonra AzTV-dən təklif gəldi və bu təklifə çox sevindim. Çünki yaradıcılığımda ilk addımlarımı məhz burada atmışam. Rövşən müəllimlə danışdıq, razılaşdıq".
Əməkdar artist onu da bildirib ki, AzTV-nin rəhbərliyi tərəfindən ona heç bir şərt və qadağa qoyulmayb. "Məlahətli söhbətlər" verilişi qaldığı yerdən və eyni formatda yayımlanacaq. Dəyişikliklər ancaq yaradıcı heyətdə olacaq: "Bütün şərtlərimi qəbul etdilər. AzTV yeniliklər edir, köhnə cızığından çıxır və möhtəşəm işlərə imza atır. Ona görə də, burada olmaq mənim üçün ancaq qürurdur. Artıq 7 verilişimiz çəkilib. Qonaqlarımız da AzTV-ni tanıyırlar. Bu isə sevindirici məqamdır. Layihəmiz sentyabrın ortası başlayacaq. Verilişin həftə sonu saat 22:00-da yayımlanması nəzərdə tutulur".
Sevda Bayramova