Xətaidə küçə ticarətçiləri ilə bağlı yeni ŞƏRAİT YARADILDI
    • 11-09-2019, 13:54
    • 647

Xətaidə küçə ticarətçiləri ilə bağlı yeni ŞƏRAİT YARADILDI

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində küçə ticarətçiləri ilə bağlı yeni şərait yaradılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, əvvəllər pərakəndə şəkildə satışın olduğu ərazilərdə müasir formada mağazalar tikilib, ərazi səliqəyə salınıb.

Tədbirlər nəticəsində köşk və mağazaların tikilməsi, ərazidə pərakəndə şəkildə ticarətlə məşğul olanların fəaliyyətində dönüş yaranıb. Metronun “Həzi Aslanov” stansiyasının çıxışlarında açılan mağazalar gəliş-gedişin də asanlaşmasına səbəb olub.