Lamiyənin son durumu: - Cərrahiyyə şöbəsinə köçürüldü

Lamiyənin son durumu: - Cərrahiyyə şöbəsinə köçürüldü Gündəm

1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hazırda onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Xatırladaq ki, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Aqil