Əlisəmid Kürün vəziyyəti daha da ağırlaşdı
Sosial
“Atamın vəziyyəti ağırdır, heç bir dəyişiklik yoxdur”.
Bu barədə News24.az-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva məlumat verib. O bildirib ki, atasının vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlamayıblar .
Aynur Mehdiyevanın sözlərinə görə, həkimlər artıq vəziyyətin ümidverici olmadığını bildirərək, onun evə buraxılmasını məsləhət görüblər:
“Atamın ağrıları olduqca çoxdur. Bəzi dostları gəlib-gedir. Amma atamın durumu ümidverici deyil. Getdikcə yaxşılaşmaq əvəzinə daha da pisləşir".
Aqil Qarayev