İsrail Məclisində Trampa etiraz: - “Fələstini tanı”
Dünya
ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı etirazla üzləşib.
News24.az xəbər verir ki, millət vəkilləri Ayman Ode və Ofer Kassif “Fələstini tanı” sözləri yazılmış plakat qaldıraraq aksiya keçiriblər.
Təhlükəsizlik qüvvələri dərhal müdaxilə edib və hər iki deputatı zaldan çıxarıb. Tramp isə çıxışına davam edərək, etiraza eyhamla “çox təsirli oldu”, - deyə reaksiya verib.
ABŞ lideri çıxışında bölgədə “silahların susduğunu”, “girovların ailələrinə qovuşduğunu” və “Yaxın Şərqdə yeni dövrün başlandığını” bildirib. O, bu hadisəni “qızıl dövrün başlanğıcı” adlandıraraq İsraili əldə olunan sülh fürsətini dəyərləndirməyə çağırıb.
Xeyrənsə Piriyeva