Polis aztəminatlı ailələrin uşaqlarını belə SEVİNDİRDİ - FOTO
    • 12-09-2019, 11:09
    • 3 224

Polis aztəminatlı ailələrin uşaqlarını belə SEVİNDİRDİ - FOTO

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.

Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.