"Azərbaycan kinosu layiq olduğu yerdə deyil" - Cahangir Novruzov - VİDEO
    • 12-09-2019, 13:16
    • 1 519

"Azərbaycan kinosu layiq olduğu yerdə deyil" - Cahangir Novruzov - VİDEO

Səhnəmizin qayınanası Nəsibə Zeynalovanın gözünün ağı-qarası, bircə oğlu Cahangir Novruzov Bakidadır.

Gələr-gəlməz News24.az-a danışan Xalq artisti Azərbaycan kinosunun layiq olduğu yerdə olmamasından gileylənib: "Azərbaycan kinosunun güclü keçmişi, Həsən Seyidbəyli kimi dahi rejissorları olub. Ona görə də, məncə kinomuz hazırda düzgün yerində deyil. Bu, hamımızın səhvidir. Səhvi isə düzəltmək lazımdır, çünki Azərbaycan kinosu layiqli yerdə deyil"

Cahangir Novruzov anası ilə aralarında olan münasibətdən də, söhbət açıb:"Məşhur insanın övladı, nəvəsi olmaq böyük yükdür. O, yükü qürurla daşımaq lazımdır. Ağırdır, amma bu, hər adama nəsib olmur. Nəsibə xanım sənətdə dəstəkçim, arxamda dayanan əvəzolunmaz müəllimim olub".

Hazırladı:
Sevda Bayramova
Video: Fərid Şabanov