Yasamalda silahlı insident zamanı yaralananların son durumu - Yeniləndi

Yasamalda silahlı insident zamanı yaralananların son durumu - Yeniləndi Hadisə

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.

News24.az  xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.(Bakupost)

09:50

***

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktybarın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, istintaq başladılıb.


Xeyrənsə Piriyeva