35 yaşlı qadın qəfil vəfat etdi
Hadisə
Saatlı rayon sakini qəfil vəfat edib.
News24.az xəbər verir ki, oktyabrın 15-də saat 11 radələrində Sarcalar kəndində yaşayan 1990-cı il təvəllüdlü Şəbnəm Şahin qızı Şükürova bacısının evində vəfat edib.
Məlumata görə, o, bronxial astma və qaymoritdən əziyyət çəkirmiş. Qəfil halının pisləşməsi nəticəsində vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz