Atasının başını kəlbətinlə əzərək öldürən oğul saxlanılıb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulda Ataşehirdə yaşanıb. Gecə küçədə əlində kəlbətinlə yarışılpaq gəzən oğlanı görən qonşular polisə müraciət ediblər. 

Həmin vaxt şübhəli şəxsin anası və bacısı qonşulardan kömək istəyiblər. Hadisə yerinə gələn polislər Kəlbətinlə xəsarət yetirilən şəxsin öldüyünü bildiriblər. 

Atasını öldürməkdə şübhəli bilinənə oğul isə həbs olunub.

Teglər: Türkiyə İstanbul Qətl Oğul atasını öldürdü