Bıçaqlanan məktəblinin son durumu - Yeniləndi

Bıçaqlanan məktəblinin son durumu - Yeniləndi Hadisə

Oktyabrın 15-də saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq  TƏBİB-dən məlumat verilib. 

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib. 

Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeyrənsə Piriyeva 

***

12:07


Oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

News24.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib

Qeyd edilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə qurumun məlumatında bildirilib. (qafqazinfo.az)