Vüqar Qurbanov baş həkimi və direktoru işdən çıxardı

Vüqar Qurbanov baş həkimi və direktoru işdən çıxardı Hadisə

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev, eləcə də direktorun müavini-baş həkim Nicat Kərimov işdən azad edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Fariz Babayev 20 oktyabr, Nicat Kərimov isə 21 oktyabr 2025-ci il tarixindən tutduqları vəzifədən azad ediliblər.

Sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu barədə TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, İcraçı direktor Vüqar Qurbanov əmr imzalayıb. (Bakupost.az)