Mingəçevirdə zirzəmidən tapılan uşağın son durumu

Mingəçevirdə zirzəmidən tapılan uşağın son durumu Hadisə

Mingəçevirdə zirzəmidən tapılan körpənin vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpənin (oğlan) müalicəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələr aparılan azyaşlıya hidrosefaliya və serebral iflic diaqnozları təyin olunub. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 12-si Mingəçevirdə zirzəmidən köpəksiz vəziyyətdə uşaq tapılaraq xəstəxanaya yerləşdirilmişdi. 


Xeyrənsə Piriyeva