Dərman milyonlarla insanda asılılıq yaratdı - ŞİRKƏT MƏHKƏMƏYƏ 12 MİLYARD TƏKLİF ETDİ - FOTO
    • 13-09-2019, 09:34
    • 1 186

Dərman milyonlarla insanda asılılıq yaratdı - ŞİRKƏT MƏHKƏMƏYƏ 12 MİLYARD TƏKLİF ETDİ - FOTO

Milyonlarla insanda asılılıq yaradan dərmanı istehsal edən şirkət məhkəmə işinin bağlanması üçün 12 milyard dollar təklif edib. 

News24.az xarici KIV-ə istinadən xəbər verir ki, analgetik tərkibli "Oxycontin" adlı dərmanı satışa çıxaran "Purdue Pharma" Amerika Birləşmiş Ştatlarına təzminat olaraq 12 milyard dollar təklif edib.

Narkotik tərkibli dərman istehsal edən şirkətin bu təklifi 23 ştat tərəfindən müsbət qarşılansa da, çoxluq buna qarşı çıxıb. 

Qeyd edək ki, şirkətin təklifi qəbul olunarsa, o zaman "Purdue Pharma" müflis olduğunu açıqlayacaq və idarəetmə dövlətə veriləcək.