Xaçmazda avtomobildə doğuş oldu, körpə öldü

Xaçmazda avtomobildə doğuş oldu, körpə öldü Hadisə

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

News24.az-a “Report”a istinadən xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən News24.az-a bildirilib ki, bu gün saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.

Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.