Putin Həbiblə atasını qəbul etdi - VİDEO
    • 13-09-2019, 11:01
    • 912

Putin Həbiblə atasını qəbul etdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin qarışıq döyüş sənəti və UFC döyüşçüsü Həbib Nurməhəmmədovla atası Abdulmanap Nurməhəmmədovu qəbul edib. 

News24.az xəbər verir ki, bu barədə döyüşçünün özü bildirib. O, şəxsi instagram hesabında görüşdən video paylaşaraq bunları yazıb:"Bu gün Rusiya prezidenti Vladimir Putin atamla məni qəbul etdi. Görüş doğma Dağıstanda baş tutdu. Dövlət başçısının mənimlə atamın əməyini təqdir etməsi və bizə dəstək olması çox xoşdur. Hər döyüşdən sonra şəxsən göğrüşüb təbrik etməsinin adət halını alması qiymətsizdir".