SON DƏQİQƏ! Türkiyədəki dəhşətli terrorla bağlı PARTİYA BAŞÇISI VƏ BƏLƏDİYYƏ MÜDİRİ SAXLANILDI
    • 13-09-2019, 11:24
    • 928

SON DƏQİQƏ! Türkiyədəki dəhşətli terrorla bağlı PARTİYA BAŞÇISI VƏ BƏLƏDİYYƏ MÜDİRİ SAXLANILDI

Türkiyənin Diyarbakır bölgəsində baş verən terror hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb. 

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, 7 nəfərin öldüyü, 10 nəfərin yaralandığı hadisəyə görə Xalq Demokratik Partiyasının (HDP) bölgə başçısı və Kulp Bələdiyyəsi Elm İşləri müdiri həbs olunub. 

Buna səbəb isə partlayışdan bir neçə dəqiqə öncə həmin ərazidə bələdiyyəyə aid maşının görünməsi olub. Həmin hadisədən sonra 4 nəfər barədə həbs qərarı çıxarılıb.