-
- 13-09-2019, 15:48
- 1 085
Kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb İnam Kərimov
Zərdab rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, Zərdab rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 38 rayonunda barama istehsalı ilə məşğul olan kümçülər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Zərdab rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: “Aqrar sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamların, verilmiş tapşırıqların icrası istiqamətində də Zərdab rayonunda xeyli işlər görülüb. Taxıl, pambıq, çəltik, şəkər çuğunduru vədigər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək nəticələr əldə edilib. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Belə ki, 2019-cu il ərzində rayon üzrə yay baraması ilə birlikdə barama tədarükü 2016-cı ilə nisbətən 12,5 dəfə artaraq 71 ton 539 kiloqram təşkil edib ki, bu da respublika göstəricisinin 11,2 faizini təşkil edir. Zərdab rayonu barama tədarükü sahəsində son 4 ildə yüksək nəticələrə nail olmaqla respublikada liderliyini qoruyub saxlayıb”.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən baramaçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb”.
Nazir 2019-cu ilin barama mövsümünün müsbət göstəricilərlə yadda qaldığını deyib: “Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Bu il 641 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir ”.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib. Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Müşavirədə 2019-cu ildə Azərbaycanda barama istehsalında yüksək məhsuldarlığa, barama istehsalçılarına göstərdiyi yüksək xidmətə, ipəkqurdlarının inkubasiyasında əldə etdiyi yüksək nəticəyə görə 10 kümçü və 3 məsləhətçiyə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və “Azərbaycan Sənaye Korporasiyası ASC-nin Baş direktoru Kamran Nəbizadə təqdim ediblər.
Daha sonra müşavirədə “Azərbaycan Sənaye Korporasiyası ASC-nin Baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Lənkəran rayonundan olan kümçü Allahverdi İbrahimov isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Müşavirədə baramaçılığın inkişafı, tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Afaq Mirayiq