Nazirlik əhaliyə pulsuz MARİXUANA PAYLAYACAQ
    • 13-09-2019, 17:01
    • 1 631

Nazirlik əhaliyə pulsuz MARİXUANA PAYLAYACAQ

Marixuana daha bir dövlətdə müalicəvi bitki kimi qeydiyyata alınıb. 

News24.az xarici "Ultima Hora"-ya istinadən xəbər verir ki, Paraqvay senatı məsələ ilə bağlı təklifi qəbul edib. Sənəddə bitkini xüsusi qaydada özün şəxsi istifadəsi və tibbi məqsədlərlə becərən şəxslər cinayətdən azad olunurlar. Buna baxmayaraq marixuana becərən şəxsin Səhiyyə Nazirliyindən xəstəliyini təqsdiq edən sənədi olmalıdır. 

Həmçinin ehtimal olunur ki, Paraqvay şirkətlərinə tibbi marixuana istehsalı və onlara nəzarət üçün ticarət lisenziyaları veriləcək. İstehsal olunan malların 2 faizi Səhiyyə Nazirliyinə göndəriləcək. Nazirlik onları ehtiyacı olanlara pulsuz paylayacaq.