Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi- SƏRƏNCAM
    • 14-09-2019, 10:43
    • 1 836

Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi- SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov NMR Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib:

Şuranın sədri
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Şuranın üzvləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
AMEA Naxçıvan Bölməsinin sədri
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Naxçıvan Dövlət Universitetinin rektoru