Məşhurlar BNA-nın əlindən QAN AĞLAYIR
    • 16-09-2019, 18:13
    • 767

Məşhurlar BNA-nın əlindən QAN AĞLAYIR

Məşhurlar Baki Nəqliyyat Agentliyindən şikayətçidirlər. 

İlk olaraq rejissor Kenan M.M BNA ilə bağlı video çarx çəkərək sosial şəbəkədə yayımlayıb. O, şəhərdə qoyulan çoxsaylı kameralardan təngə gəlib. Rejissor problemlə əlaqədar News24.az-a açıqlama verib:

"Əsəbdən o videonu çəkdim və yaxşı da etdim. Mənim bir ayağım maşında, digəri isə yerdə olan şəkilimi çəkiblər. Hər şeyin həddi var. Maşın saxlamaq üçün xüsusi yer olmalıdır. Bunun hamiləsi, xəstəsi, benzini bitən, maşını xarab olanlar var. Vicdan da yaxşı şeydir. Bütün şəhər başdan ayağa sarı xətdir. Allahın gözündən çox onların kameraları var, azqaıa ağzımızın içinə də, onu quraşdırsınlar".

Müğənni Elvin Abdullayev isə taksi sürücüləri ilə mübarizəyə başlayan dövlət qurumunu tənqid edib:


"Bakı Nəqliyyat Agentliyi ağını çıxarıb. Dinc əhalini incitmək olmaz. Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz? Ailə saxlamırsınız? Uşağınız yoxdur? İcazə verin ailə dolandıranlar halal pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən, mindiən marşurt xəttlərini bağlayın, deyim ki, hə. Çəlimsiz, arıq 3-4 adam əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı aylarla işləyib, qazana bilməyən adamlar var".

Məsələlərlə bağlı Baki Nəqliyyat Agentliyi ilə əlaqə saxlamaq istəsəkdə telefonlarımıza cavab verən olmadı. 

Sevda Bayramova