Pul saymaq özünəinamı və nikbinliyi artırır
    • 17-09-2019, 02:10
    • 831

Pul saymaq özünəinamı və nikbinliyi artırır

ABŞ-ın Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalını yaxşılaşdırır.
News24.az xəbər verir ki, “Deyli meyl” qəzeti yazır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya dəmir pul saymağın fərqi yoxdur.
Eksperiment zamanı bir qrupa bir dəstə 100 dollarlıq, digərinə isə bir dəstə adi kağız saymaq tapşırılmışdı. Nəticə çox maraqlı olub. Pul sayanların özlərinə inam hissi və nikbinliyi xeyli artıb.
Alimlər bu fenomeni hələlik izah edə bilmirlər. Bəziləri hesab edir ki, pul sayan insan özünü sanballı hiss edir, dağı-dağ üstünə qoya biləcəyinə əmin olur.