-
- 18-09-2019, 11:13
- 1 172
“Musiqimiz Azərbaycanın ən güclü silahıdır” - FƏRHAD BƏDƏLBƏYLİ - VİDEO
“Bu gün Üzeyir bəyin günüdür. Musiqimizin günüdür. Bu gün böyük bayramdır. Musiqimiz Azərbaycanın ən güclü silahıdır. Çünki, Azərbaycan musiqisi hər yerdə səslənir. Bir sözlə Azərbaycanın böyük silahı var. Ordudan başqa musiqçilərin də ordusu var. Biz imkan daxilində çalışırıq ki, öz sözümüzü deyək”.
News24.az xəbər verir ki, bu sözləri Üzeyir Musiqi Günü ilə bağlı jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli deyib.
F.Bədəlbəyli Üzeyir bəyin nəinki bəstəkar, onun müqəddəs insan olduğunu bildirib: “Mən Avstriyanın paytaxtı Vyana şəhərində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşam. Fəxr edirdim ki, Üzeyir bəyin musiqisi Vyanada səslənir. Üzeyir bəy Motsartı çox sevirdi. Üzeyir bəy də Motsart kimi bir bəstəkardır. Adamlara böyük ləzzət verir. Dinləyicilər onun musiqilərini eşidəndə nifrət, paxıllıq hissləri yoxa çıxır. Üzeyir bəy böyük dramaturq, pedaqoq və jurnalistdir”.
Sevda Bayramova