Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd ediləcək
    • 18-09-2019, 11:23
    • 2 696

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd ediləcək

2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 ilik yubileyi keçiriləcək.

News24.az xəbər verir ki, bunu BMA rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyi təntənə ilə qeyd ediləcək: “Bunların hamısını Üzeyir bəy edib. Ona görə də bütün uğurlamız onun adı ilə bağlıdır. O olmasaydı Azərbaycanda nə balet, nə opera, nə də caz olardı. Böyük xoşbəxtçilikdir ki, belə bir şəxsi bizə bəxş etdi”.

Qeyd edək ki, bu gün 18 sentyabr məhz dünya şöhrəti qazanmış Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə Üzeyir Musiqi Günü kimi qeyd edilir.

Sevda Bayramova