“Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz” - Canşu
    • 19-09-2019, 21:43
    • 534

“Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz” - Canşu

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Prezident İlham Əliyevlə görüş zamanı Çin Xalq Respublikasının prezidenti Si Cinpinin salamlarını və xoş arzularını çatdırıb.
News24.az xəbər verir ki,Li Canşu Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafından, işgüzar münasibətlərdən danışıb: 
“Düşünürəm ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelində Sədr Si Cinpin Sizi ikinci “Bir kəmər, bir yol” sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinpinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmısınız”.
Li Canşu Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini çatdırıb. 
Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub.