Dünyanın ən bahalı sarayı
    • 20-09-2019, 20:45
    • 824

Dünyanın ən bahalı sarayı

Fransanın paytaxtı Parisdəki şəhərkənarı bağ evi qiymətinə görə dünya rekordunu yeniləyib.

News24.az Böyük Britaniyanın bloomberg.com saytına istinadla xəbər verir ki, sarayin dəyəri 275 milyon avrodur (301 milyon ABŞ dolları). XIV Lüdovikə məxsus dəbdəbəli mülkün Orta Şərqdən olan alıcısı barədə bütün məlumatlar gizli saxlanılır.
Saray 23 hektarlıq ərazidə tikilib. Üç ilə yaxındır ki, bərpa işləri aparılan sarayda nəhəng akvarium, kinoteatr və şərab anbarı, həyətində isə qızıl yarpaqlarla örtülmüş fəvvarə var.
Xatırladaq ki, sonuncu rekord 2011-ci ildə Londonda 221 milyon ABŞ dollarına satılan “Penthaus”a məxsus idi.