-
- 22-09-2019, 10:47
- 1 106
Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü
ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.
News24.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Tanzaniyada baş verir.
ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.
“Facebook”da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.
Bununla belə, onun hansı anda boğulduğu görüntülənməyib.