Hava necə olacaq?
    • 22-09-2019, 12:37
    • 1 015

Hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərə olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən
News24.az -a bildirilib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.  

Şimal- qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s , bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.

Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0- 1.0 mm olub.
Qar örtüyünün hündürlüyü: Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.
Qeyd: Ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, 23 -dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.