Bakıda fahişələr TURİSTİ SOYDU
    • 23-09-2019, 12:13
    • 1 166

Bakıda fahişələr TURİSTİ SOYDU

Bakıda fahişələr turistin pulunu oğurlayıb.

Xəbərə görə, Nərimanov rayonu, “Atlas” oteldə qalan turist, Pakistan vətəndaşı, 1988-ci il təvəllüdlü İlyas Umer polisə şikayət edərək pulunun oğurlandığını bildirib.

O ərizəsində qeyd edib ki, Bakıda intim xidmət göstərən Rəna və Nuranə adlı iki qızla tanış olub və onlarla razılaşaraq qaldığı otelə gətirib. İ.Umer həmin qızlarla cinsi əlaqədə olduqdan sonra hamamda duş qəbul edərkən  qızlar oteldən çıxıb gediblər. O bildirib ki, Rəna və Nuranə adı ilə tanıdığı qızlar onun cibindən 1500 dollar və 650 dirhəm pulu da oğurlayıblar.

/qafqazinfo.az/