Hansısa məhsuldan şübhələnirsiz? - AQTİ labaratoriyalarında qəbul keçirilir
    • 23-09-2019, 13:08
    • 555

Hansısa məhsuldan şübhələnirsiz? - AQTİ labaratoriyalarında qəbul keçirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzləşmiş Nümunə Qəbulu Şöbəsində sifarişçilərin (AQTA müfəttişləri, rəsmi şəkildə müraciət edən dövlət qurumları, fiziki və hüquqi şəxslər, sahibkarlar və müstəqil müştərilər) müraciəti əsasında gətirilmiş nümunələrin qəbulu, kodlaşdırılması, qeydiyyatı, saxlanması və İnstitutun müvafiq laboratoriyalarına daşınması həyata keçirilir.

İnstitutdan News24.az-a verilən məlumata görə, müstəqil müştərilər burada yazdıqları ərizə əsasında, fiziki şəxslər və sahibkarlar isə AQTİ ilə müqavilə imzaladıqdan sonra nümunələrini təqdim edirlər. Hər bir nümunə qəbul edilir, onların sınaqlara yararlı olub-olmaması müəyyənləşdirilir. Nümunələrin qablaşdırılması, miqdarı, çəkisi, temperaturu yoxlanılır və aparılacaq sınaqlar qeyd edilir.
Sınaqlar ən qısa zamanda, yüksək səviyyədə həyata keçirilir.