Həbibin atası
    • 23-09-2019, 14:44
    • 946

Həbibin atası "Ginnesin Rekordlar Kitabı"na düşdü

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun adı "Ginnesin rekordlar kitabı"na düşüb.

News24.az "Ren Tv"-yə istinadən xəbər verir ki, Rusiya MMA döyüşçüsünün 56 yaşlı atası və məşqçisi Rusiya Federasiyasında rekord sayda, 18 sambo üzrə dünya çempionuna məşqçilik edib.

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədovun çempionları arasında öz övladı da var. Həbib iki dəfə 2009 və 2010-cu illərdə dünya çempionu olub..