Həftənin ən maraqlı fotoları - İnstagramın yerli ulduzları
    • 19-08-2018, 13:34
    • 3 181

Həftənin ən maraqlı fotoları - İnstagramın yerli ulduzları

Dünyanı cənginə alan instagram sosial şəbəkəsindəki paylaşım yarışı davam edir. Məşhurlar çoxlu sayda bəyənmə toplamaq və ən maraqlı paylaşımlar üçün hər gün müxtəlif şəkillər çəkdirir, fikirlərini bildirirlər.

İnstagramın ən məşhur simalarının səhifəsini analiz etdik. Tanınmış simaların son 1 həftə ərzində təqdim etdiyi  ən maraqlı paylaşımlara nəzər saldıq. Şəkilləri ilə bölüşənlər çox olsa da, onların içərisində nisbətən daha fərqli, diqqət çəkə biləcək postları topladıq.

 1. Dəb İkonası və iş xanımı Ruhi Əliyeva intagramın ən sevilən simalarındandır. Onun  bütün paylaşımlarına nəzər salsanız, bir dənə belə mənfi şərh görmərsiniz. R.Əliyeva Bodrum İstirahətindən foto paylaşıb. İnstagram administariyası tərəfindən şəxsən tanınan iş xanımının bu fotosu 13 mindən artıq bəyənilib. Ruhinin saçındaki çiçək gözəlliyinə gözəllik qatıb.  


2. Xalq artisti Aygün Kazımovanın 12 mindən artıq like sayı topladığı makiyajsız fotosu yerli mətbuatın bu həftəki mövzularından oldu. Bu arada divaya qırmızı yaraşmış.


3. Əməkdar artist Tünzalə Ağayeva isə yenə sinə dekoltesi ilə gündəmə gəlib. Formada qalmağı bacaran ifaçı yenə sinəsini açıb. Bu məsələ maqazin yazarlarının gözündən qaça bilməzdi. Onun günəşlənmiş dərisini 12 mindən artıq istifadəçi bəyənib.

4. Əməkdar artist Röya Ayxanın bu həftəki paylaşımlarında əsasən oğlu Hüseyn yer alıb. Röyanın ağ-qara rəngli bu fotosu analıq duyğusu aşılayır. Ulduzun bu postuna 24 mindən daha artıq bəyənmə gəlib. Şərh bölümü isə yenə də bağlıdır.  


5. Günay İbrahimli isə maraqlı fotolar paylaşmağa davam edir. Ancaq ifaçı harada dincəldiyini qeyd etmir. Estetik gözəllik saçan foto 11 min insanın ürəyincə olub.

 6. Konsertə hazırlaşan Xatirə İslam isə xınayaxdıların ulduzuna çevrilən Nazilə Səfərli isə evində sarmaş-dolaşdır. Bu birlik 16 min insanın zövqünü oxşayıb.  

7. Gözəlliyinə heç ehtiyac olmayan,amma buna baxmayaraq yenə də fotoşop vurğunu Nanə Ağamalıyevanın bu rəsmi də müzakirə mövzusu olub. Aparıcı-müğənninin sevgiyə həsr etdiyi fotosu 9 mindən artıq istifadəçinin bəyənməsinə səbəb olub. Duyğusal Ağamalıyeva tətil günlərini Türkbükündə keçirir. 

8. Aparıcı Afaq Gəncəli isə həmkarı Şəhriyarla birgə ecazkar boğazın fonunda rəsm çəkdirib. Mehriban dostları 8 mindən daha artıq insan bəyənib. Bu like sayında İstanbulun da payı var, yəqin.  

9. Nigar Camal bir gün sinəsini, bir gün də ayaqlarını göstərir. Kompleksdən uzaq ifaçının bu həftə ən maraqlı paylaşımı bu fotonu hesab etdim. 11 mindən artıq insan da burada Nigarın olduqca cazibədar göründüyünü düşünür.

 10. Səmra yenə də paylaşımları ilə kişilərin ağlını başından alır. Özü soyunur bəs eləmir, ətrafındaki qızlarında gözəlliyini nümayiş etdirir. Evli kişilər bu profilə az baxsın! Zarafatdır… Ola bilməz ki, 2 min insan içərisində evli kişi olmasın!  

11. Samirə Əfəndi də cazibədarlığı ilə meydan oxuyur. Düzdür, bu fotoda açıq-saçıqlıq olmasa da, yaxşı təəssürat bağışladı. Və  mindən artıq insan mənimlə həmfikir oldu.

12. Ölkənin ən məşhur aparıcı cütlüyü Zaurla Günay isə dünyanın ən arzulanan şəhərlərindən olan Parisə yollanıblar. Möhtəşəm Eyfel gülləsi fonunda çəkilən romantik şəkil 32 min bəyənmə toplayıb. Həmişə gəzməkdə!

13. Digar aparıcı Zaur isə Gürcüstanda kater idarə edir. Foto 5 min insanın diqqətini çəkib.


14. Hacı Nuran növbəti Həcc ziyarətinə yola düşüb. O müqəddəs torpaqda Türkiyənin məşhur ifaçısı Mustafa Ceceli ilə rastlaşıb. Həmin anı fotoya həkk etməmək olar? Axı bu Hacı Nurandır! Rəsm 16 min insanın könlünü oxşayıb.  

15. Bahalı həyat yaşayan Nuri Sərinləndirici isə hava limanın biznes-klassının dadını çıxarır. Onun həyat yoldaşı ilə çəkdirdiyi şəkil 4 mindən artıq bəyənilib.  

16. Həftənin ən maraqlı paylaşımları sırasında xalq artisti Emin Ağalarov da var. O, övladları ilə birgə çəkdirdiyi çimərlik şəklini belə şərh edib: "Kim dedi ki, biz kökük". Foto 70 mindən artıq bəyənmə sayı toplayıb.

 Türkan. News24.az