16 yaşlı qız BMT sammitində dünya liderlərini tənqid etdi:
    • 24-09-2019, 10:15
    • 860

16 yaşlı qız BMT sammitində dünya liderlərini tənqid etdi: "Xəyallarımı və uşaqlığımı oğurlamısınız"

BMT-nin İqlim üzrə ilk Gənclər Sammitində maraqlı məqam yaşanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Qlobal ekoloji hərəkatın lideri, isveçli 16 yaşlı fəal Greta Tunberq sammitə toplaşan dünya ölkələrin liderlərini tənqid edib: "Hamınız ümid axtarmaq üçün gəncliyimizə müraciət edirsiniz. Bunu necə bacarırsınız? Xəyallarımı və uşaqlığımı boş sözlərinizlə oğurlamısınız. Ancaq mən hələ şanslıyam. İnsanlar əziyyət çəkir. İnsanlar ölür, ekosistemlər dağılır. Biz kütləvi məhv olmaq ərəfəsindəyik. Siz ancaq pul və əbədi iqtisadi artım nağılları haqqında danışa bilirsiniz".