Arxasına məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili bizə məxsus deyil- Səhiyyə Nazirliyi
    • 24-09-2019, 11:34
    • 1 121

Arxasına məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili bizə məxsus deyil- Səhiyyə Nazirliyi

Arxasına məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur.

Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər.