Bakıda 9 evdən oğurluq edən keçmiş məhkum TUTULDU - FOTO - VİDEO
    • 24-09-2019, 11:42
    • 1 244

Bakıda 9 evdən oğurluq edən keçmiş məhkum TUTULDU - FOTO - VİDEO

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib.

Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi Rayon Polis İdarəsi və ys 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.