DİQQƏT! Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

DİQQƏT! Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ
SOSİAL

24-09-2019, 15:06

Mətn ölçüsü

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, həmin yollarda hərəkət məhdudlaşdırılacaq. Məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.