-
- 25-09-2019, 20:16
- 1 381
Borclu olduğu şəxs tərəfindən hər kəsin gözü önündə öldürüldü - Video
Türkiyənin İstanbul şəhərində hər kəsin gözü önündə dəhşətli qətl hadisəsi baş verib.
News24.az “Hürriyet” xəbərə istinadən verir ki, şəhərin Çekmeköy məhəlləsində bir kişi borclu olduğu şəxs tərəfindən döyülüb.
Bununla ürəyi soyumayan borc verən şəxs həmin kişini üzərində gəzdirdiyi silahdan atəş açaraq öldürüb.
Hadisə ətrafdakı sakinlər tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.
Qətldən sonra cinayətkar qaçaraq, hadisə yerindən uzaqlaşıb.