İki toy mərasimində kütləvi dava olub - AZƏRBAYCANDA

İki toy mərasimində kütləvi dava olub - AZƏRBAYCANDA Kriminal
Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

İlk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

//Report.az