"ASAN"ın təqaüdçü könüllüləri səhnədə!
    • 27-09-2019, 10:05
    • 777

"ASAN"ın təqaüdçü könüllüləri səhnədə!

1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibəti ilə görkəmli yazıçı  Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında hazırlanmış "Sığorta  əhvalatı" tamaşası səhnələşdiriləcək.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq səhnə əsərinin iştirakçıları “ASAN xidmət”in təqaüdçü könüllüləri, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləridirlər.

Tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.