-
- 27-09-2019, 17:19
- 1 379
"Tanınmış aparıcını siyahıdan çıxardıq” - Murad Dadaşovdan "Maşın şou" ilə bağlı EKSKLÜZİV MÜSAHİBƏ
Ölkənin ən reytinqli layihəsi olan "Maşın" realiti-şousu oktyabrın 1-dən start götürəcək. 18-ci sürət "Əsl maskarad bundan sonra başlayacaq!" şüarı altında gerçəkləşəcək.
Layihənin yaradıcı, Xalq artisti Murad Dadaşov şou ilə bağlı News24.az-a eksklüziv müsahibə verib:
- Murad müəllim, yerli mediada şounun hər gün bir yeni siyahısı açıqlanır. Adlar artıq məllumdur?
- Siyahı son günə qədər dəyişə bilər. Kiminsə tədbiri, işi çıxa bilər. Ya da ki, səhhətində problem yarana bilər. Deməyim odur, bu, normal haldır, hər şey ola bilər. Komandamız bir çoxlarına şouda iştirak etməyi təklif edib. Bu il təxminən 30 nəfərlə danışılıb. Nəticədə 18 nəfər maşına iddialı müəyyənləşib. Sizə bir sirr açım: Şoumuza tanınmış televiziya aparıcısını dəvət etmişdik, amma bir neçə gün öncə baş vermiş bir hadisəyə görə məcbur olub onu siyahıdan çıxardıq, daha doğrusu, başqasıyla əvəzlədik.
"Bayram varsa, mən gəlmirəm"
- Qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən Bayram Nurlunun da şouda iştirak edəcəyi deyilir...
- Xeyr. Bayram Nurlu siyahımızda yoxdur. Düzdür o, baxılan, maraqlı insandır. Amma fəaliyyəti cəmiyyət arasında birmənalı qarşılanmır. Eşitdiyimə görə, özü bu barədə açıqlama verib, deyib ki, layihədə iştirak təklifi almasa da, "Maşın Şou"nu maraqla izləyəcək. Özü də onun iştirakı ilə bağlı şayiələr çıxdığı ilk gündən bu yana xəbərləri təkzib edib.
- Deyilənə görə, bəzi məşhurlar Bayram Nurlunun qatılacağını eşidib “Maşın”dan imtina ediblər…
- Heç kim mənə deməyib ki, Bayram varsa, mən gəlmirəm. Sözlərim onu müdafiə etmək kimi çıxmasın, bu, həqiqətən də belədir. Şouya qatılacaq məşhurlara digər iştirakçıların kimliyi haqda məlumat vermişik, çünki bilməlidirlər.
Mənim zövqümdə deyil…
- Murad müəllim, şouya iştirakçı seçəndə şəxsi münasibətlərinizi nəzərə alırsınızmı?
- Peşəkar insan layihənin baxımlığını, formatını, qaydalarını düşünməlidir. Mən hamının xoşuna gəlmədiyim kimi, digər tanınmışlar da hamının ürəyincə olmaya bilər.
Düzdür, sosial şəbəkədə xeyli məşhur şəxslər var ki, camaatın sevgisini qazanıb, amma mənim zövqümə uyğun deyil. Bu o, demək deyil ki, onları şouma dəvət etməməliyəm. Müəyyən insanlar olub ki, mədəni davranışı, zəngin daxili dünyası ilə məni çox təəccübləndiriblər. Efirdə aqresiv danışanlar, sən demə, həyatda tamamilə başqadırlar.
- Çoxları "Maşın" realiti şounun adi vətəndaşlar arasında keçirilməsini arzulayır.
- "Maşın" kommersiya layihəsidir. Biz heç kimə maşın paylamırıq, xeyriyyə aksiyası keçirmirik. Bu, əyləncəli verilişdir. Onun seyrçisinin çox olması üçün ulduzların iştiraki vacibdir. Sadə vətəndaşların iştirakı ilə üç dəfə “Maşın” keçirmişik. Amma məşhurlar iştirak edəndə reytinq qat-qat daha çox olub.
- Müğənni Roza Zərgərliyə çatacaq avtomobilin aqibəti necə oldu?
- Hələki o barədə bir yenilik yoxdur.
“Maşın şou” fasilə edəcək
- Sizi "Maşın şou"dan başqa layihələrdə görəcəyik?
- Yaxın vaxtlarda "Maşın şou" böyük fasilə edəcək. Ən uzunömürlü verilişlərdən biridir. Bu proqramı tarixə yola salıb yeni layihələr üzərində çalışmağa başlayacayıq. Düşünürəm ki, yeni televiziya rəhbərləri ilə yeni işbirliklərimiz baş tutacaq. Amma iqtisadi vəziyyəti də nəzərə almalıyıq. Özəl şirkətik, ona görə də, çox çətindir.
Sevda Bayramova