İlham Əliyev 3 ölkəyə yeni səfir təyin etdi - SƏRƏNCAM
    • 27-09-2019, 18:05
    • 1 265

İlham Əliyev 3 ölkəyə yeni səfir təyin etdi - SƏRƏNCAM

Cəlal Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

News24.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev digər iki sərəncamı ilə Anar Xeybər oğlu Hüseynovu Azərbaycanın Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Afiq oğlu Talıbovu isə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edib.