Bakıda tikintisi davam edən binada yaşayış aşkarlanıb
    • 28-09-2019, 22:10
    • 1 009

Bakıda tikintisi davam edən binada yaşayış aşkarlanıb

Bakının Binəqədi rayonu rayonu, Rəsulzadə qəsəbində (Varovski) tikilən binalardan birindən çəkilən görüntü sosial şəbəkədə böyük marağa səbəb olub.

News24.az xəbər verir ki, binanın tikintisi davam etsə də, oradan mənzillərdən biri artıq tikilib və sahibinə təhvil verilib.

Çəkilən fotoda görünür ki, artıq həmin mənzildə yaşayış var.

Qeyd etmək lazımdır ki, tikintisi davam edən binada yaşayış həyat üçün təhlükəlidir. Şirkətin hansı səbəbdən buna razılıq verdiyi bilinmir.

Tikintini hansı şirkətin apardığı isə məlum deyil.